EN

Avroparlamentin gözündəki “ÇƏP” Bakıya qarşı yeni haqsızlıq

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

“İranla bağlı hadisələr kontekstində Ermənistan Avropa İttifaqı (Aİ) ölkələrindən vətəndaşların təxliyəsi üçün mühüm humanitar dəhliz rolunu oynayır”.Bunu Avropa Parlamentinin prezidenti Roberta Metsola bildirib. “İrandakı hadisələri nəzərə alsaq, Ermənistan mühüm humanitar dəhlizə çevrilib. Avropa ölkələrinin vətəndaşlarının təxliyəsində göstərdiyiniz köməyə görə sizə təşəkkür etmək istərdim”, - deyə o vurğulayıb. 

Metsola “Ermənistan Aİ ölkələrindən vətəndaşların təxliyəsi üçün mühüm humanitar dəhliz rolunu oynayır” sözünü deməklə Azərbaycana haqsızlıq etmirmi?O, bu məsələdə Ermənistanın rolunu önə çəkir, halbuki Bakının bu istiqamətdə fəaliyyəti daha geniş və böyükdür. Azərbaycan Avropa ölkələri vətəndaşlarının İrandan təxliyə olunmasında Ermənistan daha vacib humanitar dəhliz deyilmi?Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Avropa Parlamentinin qərəzli münasibəti ilk deyil: “Ermənistanın rolunu şişirdib, Azərbaycanın əhəmiyyətini görməzdən gəlmək açıq şəkildə ayrı-seçkilik etməkdir. Azərbaycan İrana humanitar yardım dib, Rusiyadan gələn humanitar yardımı İrana çatdırıb, 2 mindən çox xarici vətəndaş quru sərhədi keçərək ölkəmizə gəlib və bütün bunları Avropa Parlamenti görmək istəmir. Ancaq vacib olan budur ki, Azərbaycanın mühüm əhəmiyyətini hamı bilir. Ona görə də xanım Metsolanın bunu dilə gətirməməsi bizi narahat etməməlidir. Çünki Avropa Parlamenti Azərbaycana qarşı böhtan dolu qətnamələr qəbul edib. Bu qətnamələrdə gah bizi etnik təmizləmədə ittiham edirlər, gah erməni separatçılarını azad etməyə çağırırlar. Belə bir Avropa Parlamentindən başqa nə gözləmək olar?!”

Ç.Qənizadə qeyd edib ki, Azərbaycan İrandan təxliyənin təşkilində mühüm rol oynayır və buna görə bir çox dövlətlər təşəkkür edib: “Avropa Parlamentinin sədri isə Ermənistanın könlünü almaq üçün belə bir çıxış edib. Çünki Qərb İrəvanı Moskvadan qoparmağa çalışır. Bu yöndə hər bir siyasi dəstəyi ifadə edir. Ancaq qərəzə yol verərək edir. Azərbaycana haqsızlıq edərək Ermənistanı dəstəkləmək bu təsisata, demokratiyadan danışan struktura yaraşmır. Ümumiyyətlə, Avropa Parlamenti Azərbaycana olan düşmənçiliyini açıq büruzə verir və qəbul edilən bəyanatlar, qətnamələr də göstərir. Halbuki ondan fərqli olaraq, Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı inkişaf etdirir”.Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
demokrat.az

1Sources