EN

Siqaret almağa getmədi deyə qardaşı oğlunun başına fincan atdı

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Astara rayonunda 26 yaşlı oğlan qardaşının 11 yaşlı oğluna xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Astara şəhəri, Qum küçəsində baş verib. 1990-cı il təvəllüdlü Ayxan fərdi yaşayış evində qardaşı oğlu, 2015-ci il təvəllüdlü Zülfü ilə aralarında şəxsi münasibətlər zəmində mübahisə yaranıb. Yaranmış mübahisə zamanı əlindəki fincanı qəsdən ataraq ona xəsarət yetirib. Ayxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Ayxan ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib. Ayxan ifadəsində göstərib ki, hadisə günü axşam 20 radələrində qardaşı oğlu ilə aralarında baş vermiş mübahisə zamanı əlindəki fincanı ona atıb: “Bu zaman fincan divara dəyərək qırılıb və qardaşım oğluma dəydi. Əməlimdən peşmanam”. Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilərək cinayət təqibinə xitam verilməsini xahiş edib və bu barədə olan ərizəsini məhkəməyə təqdim edib. Zərərçəkmiş Zülfü ifadəsində göstərib ki, həmin gün axşam saat 20 radələrində əmisi Ayxan evlərinə gəlib: “Gələn zaman əmim spirtli içki qəbul etmişdi və spirtli içkinin təsiri altında olub. Evə gəldikdən sonra ailə üzvlərim ilə söhbət etməyə başladı. Bir müddət sonra əmim marketə gedərək onun üçün siqaret almağımı dedi. Mən əmimlə razılaşmadım, yaşım az olduğu üçün siqaret almayacağımı və siqaret almaq üçün marketə getməyəciyimi bildirdim. Əmim qəzəblənərək həmin zaman əlində olan fincanı üzərimə atdı. Fincan qapıya dəyərək sındı. Həmin zaman çılpaq olduğuma görə sol çiynim və sifətimin sol nahiyyəsi kəsildi”.Astara Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci tarixli Qərarının 5.1-ci hissəsi tətbiq edilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib.Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
demokrat.az

1Sources