EN

Pedaqoq Aysel Rəsulzadə“Valideyn uşağa xərclik verəndə nə üçün xərcləməli və bunu kimlərlə nə üçün paylaşmalı olduğunu öyrətməlidir”

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Dünyanın bir çox ölkələrində uşaqlara pulun dəyərini erkən yaşdan öyrətmək üçün maraqlı üsuldan istifadə olunur. Uşaq 5 yaşına çatanda ona evdə kiçik işlər verilir (otağı təmizləmək, zibili çıxarmaq, paltarları qatlamaq) və bunun müqabilində həftəlik 5 dollar qazanır. Hətta uşaq qazandığı 1 dolları xeyriyyə üçün ayırıb, öz əlləri ilə onu ehtiyacı olanlara verəcək. Uşaqlara erkən yaşdan pulun dəyərini öyrətmək vacibdir. Belə halda uşaq həm qazanc əldə etməyi, həm də onu idarə etməyi, paylaşmağı və investisiya etməyi öyrənir.Bizdə ailələrdə uşaqlara bu məsələ barədə necə öyrədilir, öyrədilirmi?Bunun üçün valideynlər hansı üsullardan istifadə etməlidirlər?

Pedaqoq Aysel Rəsulzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bizdə düşünürlər ki, pul, digər iqtisadi məsələlər, ehtiyacların qarşılanması ilə ancaq valideyn məşğul olmalıdır: “Əslində bizim cəmiyyətdə, ümumilikdə isə bütün dünyada pul əsas xərclik vasitəsi hesab olunur. Amma biz uşaqlarımıza digər dəyərləri öyrədəndə pulun da biri dəyər vasitəsi kimi öyrətməyi aşılamalıyıq. Bu formada həm uşaqlar pulun dəyərini analayacaqlar, həm də digər dəyərlərinə daha yaxşı formada sahib sıxmağı və onlardan istifadə etməyi bacaracaqlar. Odur ki, bu dövrdə ümumiyyətlə uşaq vaxtında pulun dəyərini öyrətmək təkcə iqtisadi məsələ olaraq deyil, həmçinin məsuliyyət hissini artırmağa, əmək və zəhmətlə qazanılıb onu həm öz ehtiyacları üçün, həm də başqalarının ehtiyacları üçün xərcləməsinə paylaşma dəyərlərinin formalaşması üçün bu istiqamətdə tərbiyənləndirmə çox vacibdir. Bizim ailələrdə ən çox rast gəlinən - biz mühafizəkar ailə tiplərindən daha çox olduğumuz üçün valideyn həmişə düşünür ki, uşağın vəzifəsi əsas oxumaqdır. Pul, digər iqtisadi məsələlər, ehtiyacların qarşılanması ilə ancaq valideyn məşğul olmalıdır. Nəticədə isə uşaq kiçik yaşlarından pulun necə qazanıldığını, onun necə idarə olunduğunu bilmir və əlbəttə ki, bu düşüncə ilə formalaşan uşaqlar böyüyəndə belə pula necə yanaşmanı bilmirlər. Ona görə valideyn kiçik yaşdan digər dəyərləri aşıladığı kimi, bunu da aşılamalıdır- pulun dəyərini öyrətmək, bu istiqamətdə uşağı tərbiyələndirmək ona öncə əməyin, zəhmətin dəyərini öyrədir, onda məsuliyyət hissi, səbrli hər bir şeyə yanaşmanı formalaşdırır və planlı iş görməyə aşılayır. Ən əsası təkcə özümüz üçün yox, eyni zamanda başqaları üçün də paylaşmağı xeyriyyəçilik kimi bir missiyamızın olduğunu uşaqlara öyrədir. Bu o demək deyil ki, uşağa kiçik yaşlardan hansısa bir məsuliyyətləri öyrədiriksə, hər hansı bir işi tapşırırqsa, bunu pul qarşılığında edilməyi deməliyik. Xeyr, əsla. Əslində uşaqlara kiçik yaşlarında öz vəzifələrini yerinə yetirməyi yönləndirməliyik- məsələn, sizin dediyiniz kimi – otağı yığışdırmaq, evin tozunu silmək, zibilin atılması, çiçəklərin sulanması, öz kitablarını yığışdırmaq, dərs masasını səliqəyə salmaq və bir çox işlər ola bilər ki, uşaqları buna cəlb etmək lazımdır. Bu zaman uşaqlara deyə bilərik ki, bu işləri etsən sənin cib xərcliyin arta bilər. O baxımdan valideyn bu üsuldan istifadə edə bilər”.

Aysel Rəsulzadə

Aysel Rəsulzadə qeyd edib ki, uşağın öz büdcəsinin olması onlara seçim etməyi öyrədir: “Digər tərəfdən isə ümumiyyətlə uşaqlara aylıq, həftəlik kiçik bir büdcə mütləq ayrılmalıdır. Bu istiqamət uşaqların ev işlərində valideynlərə kömək etməsi, eyni zamanda öz vəzifələrini yerinə yetirməsinə də bir motivasiya olur. Bunun vasitəsi ilə həm zəhmətlə pulun qazanmasını bilirlər, qənaət etməyi öyrənirlər, öz işlərini və xərcliklərini planlaşdırırlar, seçim etməyi öryənirlər. Valideyn də uşağa xərclik verəndə onun əlindəki pulun nə üçün xərcləməli və bunu kimlərlə nə üçün paylaşmalıdır deyə hamısını ona izah etməlidir. Məsələn; pulun bir hissəsini xeyriyyə üçün ayırmaq -ehtiyacı olan insanlarla bölüşmək olar, çünki biz pulu qazanırıqsa, bizdə həmişə şəxsi və ictimai mənafe olduğundan başqalarını da düşünməliyik. Sonra böyüyəndə uşaq təkcə şəxsi mənafeyini deyil, həm də ictimai mənafeni düşünən bir insan kimi formalaşır ki, bu da əsl vətəndaş olmaqda, şəxsiyyət kimi yetişməkdə çox vacib rol oynayır. Bəzən də olur ki, valideynlər uşağa hər istədiyində pul verirlər. Burda nəzarətsizlik hökm sürür. O baxımdan da uşaq pulu hara xərclədiyini bilmir. Valideyn də bununla maraqlanmır. Ona görə də pul burda sadəcə istehlak vasitəsi kimi görülür, uşaq da baxır ki, pul qazanılırsa xərclənməlidir və nə formada idarə etməyi bilmir. Burda valideynlər diqqətli olmalıdır”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
bizimyol.info

1Sources