EN

Tite istefaya göndərildi

style='margin-bottom:10px;'>

"Kruzeyro" (Braziliya) baş məşqçisi Titeni istefaya göndərib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

64 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri Mateus Baçi, Vinisius Berqantin və fiziki hazırlıq üzrə məşqçi Fabio Mahseredjian da "Kruzeyro"dan ayrılıblar.

Braziliya təmsilçisinin baş məşqçi vəzifəsinə isə Uesli Karvalyo təyin edilib.

Tite 2025-ci ilin dekabr ayından "Kruzeyro"ya rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda 17 oyun keçirib, 8 qələbə qazanıb, 3 heç-heçə edib və 6 dəfə məğlub olub.

Braziliya A seriyasının 6 turundan sonra "Kruzeyro" cəmi 3 xala malikdir və turnir cədvəlində sonuncudan 19-cu yerdədir.

Xatırladaq ki, Tite karyerası ərzində bir çox məşhur klubu, eyni zamanda Braziliya millisini də çalışdırıb.

Chosen
20
1
teleqraf.com

2Sources