EN

Füceyrə limanında PUA hücumundan sonra neft yükləmə əməliyyatları dayandırılıb - YENİLƏNİB

Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə limanında neft yükləmə əməliyyatları bu gün pilotsuz uçuş aparatının hücumundan sonra dayandırılıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, bu, son üç gün ərzində Füceyrəyə ikinci PUA hücumudur.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Füceyrə şəhərinin sənaye zonasında pilotsuz uçuş aparatının (PUA) zərbəsindən sonra yanğın baş verib.

Bu barədə "Far.Az" "Al Jazeera"ya istinadən xəbər verir.

Qeyd olunub ki, mülki müdafiə qrupları alovun söndürülməsinə cəhd edir. Hazırda zərərçəkənlər barədə məlumat yoxdur.

Chosen
40
far.az

1Sources