ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə tam gücü ilə davam etməsi fonunda İranın Hörmüz boğazını bağlanması böhrana səbəb olub.
ABŞ prezidenti Donald Tramp müttəfiqlərindən bu məsələ ilə bağlı kömək istəyib.
Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı əməkdaşlıq etmək istədikləri ölkələrlə əlaqələrini davam etdirdiklərini deyən Tramp, müsbət nəticəyə ümid etdiyini bildirib: "Əgər nail olsaq, əla olacaq, nail olmasaq da əla olacaq. Unutmayın ki, bu ölkələrin çoxu NATO üzvüdür. Biz həmişə NATO-nun yanındayıq, Ukrayna məsələsində onlara kömək edirik. Aramızda böyük bir okean var, məsələ birbaşa bizə təsir etmir, amma yenə də onlara kömək etdik. İranın əlində çox az atəş gücü qaldığı üçün nisbətən kiçik bir səy tələb edən boğazı açıq saxlamaq məsləsində bizə hansı ölkənin kömək etməyəcəyini görmək maraqlı olacaq. Əgər NATO Hörmüz boğazını açmaqda bizə dəstək verməsə, onları çox qaranlıq bir gələcək gözləyir".
Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı hansı ölkələrin müsbət cavab verdiyi və Çinin onların arasında olub-olmadığı sualına Tramp, aydın cavab verməyib: "Dəqiq deyə bilmərəm. Amma Çin maraqlı bir nümunədir. Bildiyiniz kimi, onlar neftin böyük bir hissəsini, çox böyük bir hissəsini oradan alırlar. Təxminən 90 faizini Hörmüz boğazından alırlar. Ona görə də dedim ki, "Siz də müdaxilə etmək istəyirsinizmi?" Görəcəyik. Bəlkə də edəcəklər, bəlkə də yox. Bilirsiniz, onların qoşulmamasının başqa səbəbləri də ola bilər. Amma onlar qoşulmalıdırlar".
Hörmüz boğazında təhlükəsizliyin illərdir digər ölkələri narahat edən bir məsələ olduğunu vurğulayan Tramp, buna baxmayaraq, keçmişdəki zəif ABŞ rəhbərliyi səbəbindən heç kimin məsuliyyəti öz üzərinə götürmədiyini vurğulayıb. Tramp Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı 7 ölkə ilə danışdıqlar aapardıqlarını deyib: "Unutmayın; bu, bizə lazım olmayan, lakin bu ölkələrin ehtiyac duyduğu bir şeydir. Buna baxmayaraq, illərdir orada təhlükəsizliyi biz təmin edirik və əla iş görürük. İndi İran hərbi gücünü itirdiyinə, ordusu çox zəiflədiyinə görə, digər ölkələrin də müdaxilə etməsinin yaxşı olacağını düşünürəm".
Tahir TAĞIYEV