EN

Ermənistanda bir yaşlı körpə ağır şəkildə döyülüb

Hadisə ilə bağlı qətl cəhdində şübhəli bilinən bir nəfər saxlanılıb, körpənin vəziyyəti ağır olaraq qalır...

Ermənistanın qərb bölgələrindən birində bir yaşlı uşağın ağır şəkildə döyülməsi ilə bağlı tükürpədici hadisə baş verib.

Poliqon xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi "Sputnik Armenia" portalına məlumat verib.

Rəsmi məlumata görə, hadisə ilə əlaqədar qətl cəhdində şübhəli bilinən bir nəfər saxlanılıb və hazırda araşdırma aparılır. Mənbələrin bildirdiyinə görə, körpənin övladlığa götürən anası tərəfindən döyüldüyü ehtimal edilir.

Məlumata əsasən, uşaq gecə saatlarında kliniki ölüm vəziyyətində Yerevandakı “Arabkir” tibb mərkəzinə çatdırılıb. Həkimlər körpənin həyatını xilas edə bilsələr də, onun vəziyyətinin hələ də son dərəcə ağır olduğu bildirilir.

Tibb müəssisəsindən verilən məlumata görə, körpə hazırda reanimasiya şöbəsindədir və həkimlərin nəzarəti altında müalicəsi davam etdirilir. Həkimlər uşağın həyatına təhlükənin hələ də qalmaqda olduğunu bildirirlər.

Hadisə ilə bağlı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən istintaq aparılır və baş verənlərin bütün detalları araşdırılır.

Poliqon.info

Chosen
22
poliqon.info

1Sources