EN

Hazırkı internet dövründə kriptovalyuta istifadəsində məhdudiyyətlər nisbi xarakter daşıyır İqtisadçı

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Beynəlxalq təcrübəyə əsasən, dövlət tərəfindən səmərəli və çevik tənzimləmə mexanizmləri tətbiq edildiyi halda, kriptovalyutalar həm sahibkarlar, həm də ölkə iqtisadiyyatı üçün yeni imkanlar yaradır. Bu imkanların reallaşması normativ bazanın keyfiyyətindən, təhlükəsizlik standartlarının tətbiqindən və istifadəçilərin məlumatlılıq səviyyəsindən birbaşa asılıdır. Eyni zamanda, düzgün tənzimlənməməsi kiberhücumların, dələduzluğun və digər risklərin artmasına gətirib çıxara bilər”.

Bunu 525.az-a iqtisadçı ekspert Asif İbrahimov deyib. O bildirib ki, hazırkı internet dövründə kriptovalyuta istifadəsində məhdudiyyətlər nisbi xarakter daşıyır. İstifadəçi yalnız şifrələnmiş rəqəmsal açara malik olmaqla dünyanın istənilən nöqtəsindən əməliyyatlar apara bilir. Bu da göstərir ki, dövlətlər kriptovalyutanı qadağan etməkdənsə, onu idarə etmək üçün effektiv mexanizmlər yaratmaqla daha səmərəli nəticələr əldə edə bilər:

“Beləliklə, kriptovalyutaların Azərbaycanda tətbiqi həm mümkün, həm də perspektivlidir. Lakin bu proses yalnız kompleks tənzimləmə, təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi və əhalinin rəqəmsal savadlılığının artırılması fonunda iqtisadi artıma real töhfə verə bilər”.

Sevinc Qarayeva 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
525.az

1Sources