EN

BƏƏ-də raketin düşməsi nəticəsində 1 nəfər ölüb

Qahirə, 16 mart, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bahiyə regionunda İrana məxsus raketin düşməsi nəticəsində 1 nəfər həlak olub.

AZƏRTAC BƏƏ-nin Müdafiə Nazirliyinin bəyanatına istinadla xəbər verir ki, ölkənin havadan müdafiə sistemləri İrandan atılan raketləri və PUA-ları zərərsizləşdirməyə davam edir.

Vurğulanır ki, dünən axşam 4 ballistik raket və 6 PUA məhv edilib. Təcavüz başlanandan BƏƏ-yə, ümumilikdə 298 ballistik raket, 1606 PUA atılıb. Hücumlar nəticəsində 6 nəfər həlak olub, 142-si yaralanıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

Chosen
61
3
azertag.az

4Sources