Bakı. Trend:
Azərbaycanın Türkiyədəki səfirliyi on gün konsulluq xidmətigöstərməyəcək.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Qeyd olunur ki, Azərbaycanın Türkiyədəki səfirliyinin Konsulluqşöbəsi martın 20-dən 30-dək bağlı olacaq. Buna səbəb NazirlərKabinetinin müvafiq qərarına əsasən, Novruz və Ramazan bayramlarıilə əlaqədar sözügedən tarixlərin qeyri-iş günləri olmasıdır.