EN

Həftəsonu baş verən yol qəzalarında 3 piyada ölüb

AzÉ™rbaycanda hÉ™ftÉ™sonu baÅŸ verÉ™n yol-nÉ™qliyyat hadisÉ™lÉ™ri nÉ™ticÉ™sindÉ™ 3 piyada ölüb. Bu barÉ™dÉ™ Daxili İşlÉ™r Nazirliyinin BaÅŸ DövlÉ™t Yol Polisi İdarÉ™si mÉ™lumat yayıb.

Məlumata görə, qeydə alınan piyadavurma hadisələrinin əksəriyyəti yaşayış məntəqələrində və sutkanın qaranlıq vaxtında baş verib. Yol polisi bildirib ki, piyadaların bir qisminin yolu müəyyən olunmamış yerlərdən keçməsi, qulaqlıqdan istifadə etməsi və diqqəti yayındıran fəaliyyətlərlə məşğul olması bu cür hadisələrin əsas səbəblərindəndir.

Qurum qeyd edib ki, yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından biri olan piyadaların ən sadə təhlükəsizlik qaydalarına əməl etməməsi yollarında baş verən faciələrin əsas səbəblərindən biridir.

Baş Dövlət Yol Polisi İdarəsi piyadaları yolu yalnız müəyyən edilmiş keçidlərdən və diqqətli şəkildə keçməyə çağırıb.

Aytac 

Chosen
47
anews.az

1Sources