EN

Avropada enerji şokunu azaltmaq üçün vəsait çatışmır

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ və İsrailin İrandakı hərbi əməliyyatı fonunda neft və qaz qiymətlərinin kəskin artması Avropa iqtisadiyyatına dağıdıcı zərbə vura bilər, lakin Avropa hökumətlərinin onun təsirini azaltmaq üçün resursları çatışmır.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat verib.

Nəşrin məlumatına görə, bəzi Avropa ölkələrinin, xüsusən də Böyük Britaniya və Fransanın dövlət borcu 60 illik ən yüksək həddə çatır. COVID-19 pandemiyası zamanı biznes və ev təsərrüfatları dövlət ödənişləri üçün kifayət qədər vəsaitə malik olmadığı halda, qitədə borclanma xərcləri artır. 2022-ci ildə, Rusiya enerjisinin idxalından imtina səbəbindən Avropa Birliyində enerji qiymətləri kəskin şəkildə artdıqda, Aİ hökumətləri ev təsərrüfatlarını və biznesləri dəstəkləmək üçün milyardlarla avro ayırıb. Nəşr yazır ki, bu dəfə Avropa hökumətlərində belə maliyyə resursları çatışmır.

Alman mühəndislik şirkəti "Claas" rəhbərliyinin nümayəndəsi Gerhard Freitag qəzetə bildirib ki, "Logistikada ilk nəzərəçarpan təsiri görürük: nəqliyyat xərcləri artıb". Şirkətin baş direktoru Yan-Hendrik Morun sözlərinə görə, enerji böhranı kənd təsərrüfatı sektoruna mənfi təsir göstərir. Gübrə və dizel yanacağı da daxil olmaqla xammalın qiyməti artıq artır. "Fermanın gəlirliliyinə təzyiq sonda ərzaq qiymətlərinin artmasına səbəb ola bilər", - deyə iş adamı qeyd edib.

Bu arada, Almaniyanın "SKW Piersteritz" kimya şirkətinin nümayəndəsi Markus Boş qəzetə bildirib ki, onun şirkəti gübrə istehsalı üçün zəruri olan təbii qazın qiymətində kəskin artım müşahidə edir. O qeyd edib ki, "nəticə etibarilə, bütün iqtisadiyyat və cəmiyyət üçün həyəcan verici inflyasiya ilə üzləşirik".

Britaniyalı iqtisadçı Neil Şirinq hesab edir ki, əgər neftin qiyməti 1% artım tempi ilə barrel üçün 125 dolları keçərsə, Avropa iqtisadiyyatı tənəzzülə uğraya bilər.

Avropa Parlamentinin 11 martda keçirilən plenar iclasında Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, Yaxın Şərq münaqişəsinin başlanğıcından bəri Avropa Birliyində qazın qiyməti 50%, neftin qiyməti isə 27% artıb. Onun sözlərinə görə, münaqişənin ilk 10 günü Avropa vergi ödəyicilərinə əlavə 3 milyard avro dəyərində qazıntı yanacağı idxalına başa gəlib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
icma.az

1Sources