EN

İkardidən boşanan Nara özünə yeni sevgili TAPDI – FOTOsu

Galatasaray klubunun ulduz futbolçusu Mauro Icardi ilə rəsmi şəkildə yollarını ayıran Wanda Nara ayrılıqdan sonra diqqət çəkən addımı ilə gündəmə gəlib.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, boşanma xəbəri yayılandan sonra Wanda Nara Maldivesə yollanıb. Onun yeni sevgilisi ilə birlikdə istirahət etdiyi bildirilir.

Sosial şəbəkələrdə yayılan fotolar qısa müddətdə geniş yayılıb və istifadəçilər arasında müzakirələrə səbəb olub. Bir çoxları Naranın bu səfərini “boşanmadan sonra qeyd edilən tətil” kimi qiymətləndirib.

Qeyd edək ki, Mauro İkardi və Wanda Nara uzun müddət davam edən gərgin münasibətdən sonra üç gün əvvəl rəsmi şəkildə evliliklərinə son qoyublar. Naranın ayrılıqdan dərhal sonra yeni sevgilisi ilə Maldiv adalarına getməsi isə xarici tabloid mətbuatında böyük maraq doğurub.//Milli.Az

Chosen
3
1
nocomment.az

2Sources