EN

Ölkəmizdə 76 min ailə sosial yardım alır

2025-ci il ərzində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6,1 min nəfərə isə birdəfəlik sosial yardım ödənilib.

Sitat.info-nun Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2026-cı il yanvarın 1-i vəziyyətinə 76,1 min aztəminatlı ailənin 336 min üzvü ünvanlı dövlət sosial yardımı alıb.

Ünvanlı sosial yardımın bir nəfərə düşən orta aylıq məbləği isə 95,7 manat təşkil edib.

Bundan əlavə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,7 min nəfərə müalicə üçün birdəfəlik sosial yardım ödənişi həyata keçirilib.

 

Chosen
52
5
sitat.info

10Sources