EN

“İsrail regionda yeganə söz sahibi və şərtləri diqtə edən dövlətə çevrilmək iddiasındadır...”

“Təhlükəli məqam ondan ibarətdir ki, Təl-Əvivin hədəfində təkcə İran olmaya bilər. Millətçi və radikal kəsimin Türkiyə barədə də qorxunc iddiaları tez tez eşidilməkdədir...”
 
“İrana İsrail-ABŞ koalisiyasının hücumu Orta Doğunun(Yaxın Şərqin) yenidən dizaynının və geostrateji üstünlüyün tam əldə edilməsi üçün gerçəkləşdirilir. Vaşinqton dünya ağalığını həmçinin, enerji və nadir torpaq minerallarını nəzarətdə saxlamaq xətti götürüb. Təl-Əviv isə regionda şəksiz güc olmaq yolunda müttəfiqinin fəal dəstəyi ilə addımlayır, qarşındakı bütün maneələri bir-bir aradan qaldırır. Region ölkələri İsraillə rəqabət aparmaq, onun qlobal layihələrini əngəlləmək qüdrətində deyil. Bir qismi sözəbaxan, bir qismi dövlət avtoritetini itirmiş rejimlərdi. Suriya, İraq, Livan tam sıradan çıxarıldı. İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Oman, Misir, Qətər, Küveyt və s. ölkələr Birləşmiş Ştatların peykləri- satellitləridir.” 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “Hamı savaşdan sonra İranın başına nə gələcəyindən danışır, bəs sizcə,  hətta İran rejiminin çökəcəyi halda, ondan 10 dəfə az əhaliyə, 80 dəfə kiçik əraziyə malik İsrailin taleyi necə olacaq?” sualına cavab olaraq siyasi şərhçi Əli Orucov dilə gətirib.
 
“İran isə İsrailə və ABŞın regional siyasətinə  qarşı müqavimət göstərirdi. Hətta onlar üçün təhdid sayılırdı. Tehranın Rusiya və Çinlə inkişaf edən əlaqələri Təl-Əviv və Vaşinqtonun planlarına ziddiyyət təşkil edirdi. Ona görə də İran vurulmalı, siyasi və hərbi gücü tam zəiflədilməli idi. İranın məğlubiyyəti, yaxud da rejimin tam çəkməsindən sonrakı mərhələni İsrail baş naziri Benyamin Netantahu xalqa iki gün əvvəl etdiyi müraciətində aydın şəkildə xarakterizə edib. İsrail başçısı bu müharibədən sonra ölkəsinin böyük bir coğrafiyada yeganə güc olacağını və daha da böyüyəcəyini bəyan edib. Həqiqətən də xəritəyə diqqət etsək, İsrailin yarandığı gündən indiyədək həm ərazi, həm də hərbi, siyasi və iqtisadi qüdrətinin dəfələrlə artdığını görmək mümkündür”, - deyə davamında şərhçi diqqətə çatdırıb.  
 
“Təhlükəli məqam ondan ibarətdir ki, Təl-Əvivin hədəfində təkcə İran olmaya bilər. Millətçi və radikal kəsimin Türkiyə barədə də qorxunc iddiaları tez tez eşidilməkdədir... 
 
İranın zərbələri nəticəsində İsrail müəyyən qədər dağıntılara və itkilərə məruz qalsa da, bunları qısa zamanda bərpa etmək mümkündür. Əvəzində o, Yaxın Şərqdə, həmçinin Şimali Afrikada yeganə söz sahibinə və şərtləri diqtə edən dövlətə çevrilmək iddiasındadır. İranın isə özünə gəlməsinə uzun illər lazım olacaq,”- Əli Orucov belə deyib.
 
Chosen
34
1
moderator.az

2Sources