EN

Kreml Xameneinin Moskvada müalicə olunması barədə xəbərlərə münasibət bildirməyib

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xameneinin müalicə məqsədilə Moskvaya gəldiyi barədə yayılan xəbərləri şərh etməyib.

Missiya.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Peskov jurnalistlərin sualına cavab olaraq bildirib ki, biz bu cür xəbərlərə münasibət bildirmirik.

Xatırladaq ki, daha əvvəl Küveytin “Əl-Cəridə” nəşri xəbər vermişdi ki, Müctəba Xamenei yüksək məxfilikli əməliyyat çərçivəsində Rusiya hərbi təyyarəsi ilə Moskvaya təxliyə olunub.

Seyranə QuliyevaMissiya.Az

Chosen
81
2
missiya.az

10Sources