EN

ABŞ Hörmüz boğazında quru əməliyyatlarına başlaya bilər - KİV

ABŞ-nin Yaponiyadan Yaxın Şərqə 2500 nəfərlik elit dəniz piyada bölməsi yerləşdirməsi regionda münaqişənin yeni mərhələsinə səbəb ola bilər.

Missiya.Az xəbər verir ki, bu barədə "The Daily Telegraph" məlumat yayıb.

Bildirilib ki, elit bölmənin yaxın 10–15 gün ərzində USS Tripoli amfibiya hücum gəmisinə çatacağı gözlənilir. Bu addım ABŞ-nin quru əməliyyatlarına başlaya biləcəyinə işarə kimi qiymətləndirilir.

Qeyd olunub ki, Vaşinqton missiyanın məqsədini açıqlamayıb, lakin bölməyə Hörmüz boğazına nəzarətin bərpası tapşırığının verilə biləcəyi ehtimal edilir.

Qeyd edək ki, bundan əvvəl "The Wall Street Journal" ABŞ-nin Yaxın Şərqə dəniz ekspedisiya qüvvələri yerləşdirdiyini yazmışdı. 

Seyranə QuliyevaMissiya.Az

Chosen
62
missiya.az

1Sources