EN

Trampın müşavirindən həyəcan təbili

ABŞ prezidenti Donald Trampın baş müşavirlərindən biri Devid Saks İrana qarşı müharibənin gedişatını tənqid edib.

Publika.az xəbər verir ki, "All In" podkastında verdiyi açıqlamada Saks İsrailin müharibədə ciddi şəkildə hədəfə alındığını söyləyib.

“İsrail tarixinin ən çətin dövründən daha çox zərbə alır və biz bunun yalnız ikinci həftəsindəyik. Müharibə davam edərsə, vəziyyət daha da pisləşə və İsrail məhv edilə bilər”, - deyə o qeyd edib.

Saks müharibənin daha da şiddətlənməsinin qarşısını almaq üçün diplomatik yolun vacibliyini vurğulayıb: “Çıxış yolu tapmağa çalışmalıyıq. Qələbə elan edib geri çəkilmək üçün yaxşı vaxt ola bilər”.

O həmçinin Təl-Əvivin nüvə silahlarından istifadə etmə ehtimalı barədə xəbərdarlıq edib:

Chosen
46
publika.az

1Sources