Olaylar.az xəbər verir ki, Peskov Financial Times qəzetinin "Trampın sülh prosesinə marağını itirməsi" barədə iddiasını təkzib edib. O, ABŞ liderinin Zelenskini razılığa gəlməyə çağırdığını və Ukrayna tərəfinin danışıqlarda "əsas tormoz" olduğunu qeyd edib. Donald Tramp daha əvvəl bildirmişdi ki, Ukrayna böhranının həlli üçün Zelenski ilə sövdələşməyə getmək Rusiya Prezidenti Vladimir Putinlə razılığa gəlməkdən "çox daha çətindir".
Kreml rəsmisi Zelenskinin 10 rusiyalı paralimpiyaçıya qarşı sanksiya tətbiq etməsini "absurd" adlandırıb. O, Kiyevin bu cür addımlarının heç bir məntiqi izahının olmadığını vurğulayıb.
Xatırladaq ki, Rusiya yığması İtaliyada keçirilən 2026-cı il Qış Paralimpiya Oyunlarında medal sıralamasında üçüncü yeri tutub.