EN

İtalyanın “UniCredit” bankıalman “Commerzbank”dakı payını artıracaq

Müəllif:Mehin Qasımova,Banco.az

İtaliyanın "UniCredit" bankı Almaniyanın "Commerzbank"dakı payını artıracaq.

Banco.az xəbər verir ki, bankın açıqlamasına görə, Commerzbank-dakı payını 30 faizdən yuxarı qaldırmağı hədəfləyən səhm mübadiləsi təklifi rəsmi şəkildə 2026-cı ilin may ayının əvvəlində təqdim olunacaq. Təklifin qəbul müddətinin isə dörd həftə davam edəcəyi bildirilir.

Plan çərçivəsində kapital artımının təsdiqlənməsi məqsədilə may ayında səhmdarların növbədənkənar yığıncağı çağırılacaq.

Təklifin bütün şərtləri yerinə yetirildiyi və lazımi tənzimləyici qurumların razılığı alındığı halda, razılaşmanın 2027-ci ilin birinci yarısında yekunlaşacağı gözlənilir.

Chosen
11
1
banco.az

2Sources