EN

Tarixin 16 martı...

Bu gün tarixin vərəqlərində 16 martdayıq.

Hit.az xəbər verir ki, 16 mart ölkə və dünya üçün bir çox hadisələrin yaşandığı gün kimi tarixə düşüb.

Əvvəla qeyd edək ki, bu gün Azərbaycanda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramıdır. Dünyada isə bir sıra hadisələr 16 marta təsadüf edir. Həmişə olduğu kimi bu gündə dünyaya gələn və aramızdan ayrılan görkəmli şəxsləri də yad edəcəyik. Elə isə tarixin 16 martına daha yaxından nəzər salaq...

16 martda nələr baş verib?

1992-ci ildə Azərbaycan və Liviya arasında diplomatik əlaqələr qurulub. 1978-ci ildə Qana milli futbol komandası Afrika Millətlər Kubokunda çempion olub. 1990-cu ildə Əlcəzair milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2020-ci ildə Benin, Qrenada, Liberiya, Somali və Tanzaniyada ilk dəfə koronavirusa yoluxma qeydə alınıb.

16 martda doğulanlar:
1951-ci ildə Milli Qəhrəman Nurəddin İbrahimov, 1916-cı ildə Əməkdar incəsənət xadimi, bəstəkar Zakir Bağırov və 1940-cı ildə Əməkdar artist, bəstəkar Vaqif Mustafazadə dünyaya gəlib.


Dünyada isə 1750-cı ildə alman astronom Karolina Herşel, 1751-ci ildə ABŞ-nin 4-cü prezidenti Ceyms Medison, 1789-cu ildə alman fizik Georq Om, 1859-cu ildə rus fizik Aleksandr Popov, 1879-cu ildə ingilis diplomat Mark Sayks, 1894-cu ildə Sovet bəstəkarı Yəhya Şərfədinov, 1915-ci ildə türkiyəli dramaturq Haldun Taner, 1948-ci ildə türkiyəli aktrisa Tomris İncer və 1959-cu ildə NATO-nun keçmiş baş katibi Yens Stoltenberq doğulub.

16 martda vəfat edənlər:
1995-ci ildə Milli Qəhrəman Bəhruz Mənsurov şəhid olub. 1987-ci ildə Əməkdar rəssam Nadir Zeynalov, 2008-ci ildə Xalq rəssamı Maral Rəhmanzadə, 2018-ci ildə baş məşqçi Böyükağa Hacıyev, 2020-ci ildə Xalq artisti, aktyor Rafael Dadaşov vəfat edib. 

Həmçinin, 1935-ci ildə danimarkalı şahmatçı Aron Nimtsoviç, 1937-ci ildə Böyük Britaniya dövlət xadimi Ostin Çemberlen və 1940-ci ildə İsveç yazıçısı Selma Lagerlöf dünyasını dəyişib.

Pərviz
 

Chosen
3
hit.az

1Sources