EN

Portuqaliyalı baş məşqçi: Azərbaycanlı futbolçuları inkişaf etdirmək istəyirik

Bakı, 16 mart, AZƏRTAC

Məqsədimiz odur ki, futbolçuları yaxından analiz edib, onların bizə nə verə biləcəklərini müəyyənləşdirək. Bu futbolçuların üzərində işləyib onları inkişaf etdirmək istəyirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Rui Jorje mətbuat konfransında deyib.

O, aşağı yaş qruplarındakı problemlərdən xəbərdar olduğunu söyləyib: “Bu barədə məlumatım var. Sözsüz ki, çatışmazlıqlar mövcuddur. Amma biz 2027-ci ildə Azərbaycanda keçiriləcək dünya çempionatının final mərhələsində çıxış edəcəyik. Bu səbəbdən problemləri aradan qaldırmaq üçün səylə çalışmalıyıq. Hədəfimiz rəqib yığmalarla səviyyə fərqimizi maksimum azaltmaq olacaq”.

Portuqaliyalı mütəxəssis millinin oyunlarını izlədiyini söyləyib: “Azərbaycan futbolu haqqında məlumata sahib olmaq üçün yığmanın matçlarını izlədim. Sırf iki görüşə - Malta və Polşa ilə qarşılaşmalara baxdım. Məndə yığma haqqında müəyyən qədər fikir formalaşdı”.

Müxbir - Aynur Əlixanlı

Operator - Vüsal Tağıyev

Fotoqraf - Səfiyar Məcnun

Chosen
3
3
azertag.az

4Sources