EN

İranda 16 gündür internet yoxdur “NetBlocks”

ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.

İranda 16 gündür ki, internet faktiki olaraq yoxdur.

Yeniavaz.com xəbər verir ki, bu barədə “NetBlocks” Beynəlxalq İnternet Monitorinq Xidməti “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.

“İranda internetin kəsilməsi 17 gün və ya 384 saatdır ki, davam edir. Son 24 saat ərzində telekommunikasiya infrastrukturunun ehtiyat tutumunda azalma müşahidə olunub”, - şirkət məlumatda qeyd edib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbələrə məruz qalıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki hədəflərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib. Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hədəflərinə zərbələr endirilib. İrana endirilən zərbələr nəticəsində Ali Rəhbər Ayətullah Əli Xamenei və İran rəhbərliyindəki bir neçə digər əsas şəxs həlak olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
58
yeniavaz.com

1Sources