EN

Gəncədə yol qəzası baş verib - Xəsarət alanlar var

GƏNCƏ, 16 mart. TELEQRAF

Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki,hadisə şəhərin 28 May küçəsində baş verib.

"Ford" markalı avtomobil idarəetməni itirib və "Wolsvagen" markalı maşına çırpılıb.

Nəticədə "Ford" markalı maşında olan 20 yaşlı Elşən Məlikli, 19 yaşlıHüseyn Həsənov müxtəlif bədərəcli bədən xəsarətləri alıblar.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Chosen
70
teleqraf.com

1Sources