EN

Fernandes Bekhemin rekordunu yenilədi


“Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Bruno Fernandes Devid Bekhemin klubdakı rekordunu yeniləyib.
Yeniavaz.com
xəbər verir ki, Fernandes İngiltərə Premyer Liqasının 30-cu turunda “Aston Villa” üzərində 3-1 hesablı qələbə ilə başa çatan oyunda iki məhsuldar ötürmə edib.
Bununla da portuqaliyalı hücumçunun İngiltərə Premyer Liqasının cari mövsümündə məhsuldar ötürmələrinin sayı 16-ya çatıb.
Bununla da, o, Premyer Liqada bir mövsümdə ən çox məhsuldar ötürmə edən “Mançester Yunayted” oyunçusu olub.
Nəticədə, əvvəlki rekordçu Devid Bekhem 1999/2000 mövsümündə 15 məhsuldar ötürmə ilə klub tarixində bir mövsümdə məhsuldar ötürmələrin sayına görə ikinci olub. Siyahıda ilk üçlüyü isə 2010/2011 mövsümündə 14 məhsuldar ötürmə edən Luis Nani tamamlayıb.
Ümumilikdə, Premyer Liqada isə bir mövsümdə ən çox məhsuldar ötürmə rekordunu Tyerri Anri və Kevin de Brüyne bölüşürlər. Onlar 2002/2003 və 2019/2020 mövsümlərində hər biri 20 məhsuldar ötürmə ediblər.
Chosen
33
yeniavaz.com

1Sources