EN

Dəriyə qulluq məhsullarını düzgün miqdarda istifadə etmə qaydası

Dəriyə qulluq məhsullarından düzgün miqdarda istifadə etmək onların təsirini artırmaq üçün vacibdir.

 

Pravda.az bildirir ki, məhsulu həddindən artıq istifadə etmək daha yaxşı nəticə vermir, əksinə məsamələrin tutulmasına və sızanaqlara səbəb ola bilər. Az istifadə isə dərinin aktiv maddələrdən tam faydalanmasına mane olur.

 

Üz təmizləyicisi üçün adətən fındıq böyüklüyündə miqdar kifayət hesab olunur. Məhsul barmaqlar arasında yayılaraq dəriyə yüngül masajla tətbiq edilməlidir. Tonik və serumlar isə adətən bir-iki damcı kifayətdir, onların çox istifadə olunması dərini yükləyə və həssaslaşdıra bilər. Nəmləndirici kremlər üçün isə üzün bütün səthini örtəcək qədər, amma qalın təbəqə yaratmayacaq miqdar yetərlidir.

 

Düzgün miqdar seçmək həm dərinin sağlam qalmasına kömək edir, həm də kosmetik məhsulların daha uzun müddət istifadə olunmasına imkan yaradır. Həmçinin, məhsulları dəri tipinə uyğun seçmək və onları düzgün ardıcıllıqla tətbiq etmək də nəticələrin daha effektiv olmasını təmin edir.

 

Əminə Bayramova

Tarix: 16 Mart 2026, 15:16   
Chosen
50
pravda.az

1Sources