EN

“Müharibə elə bitməlidir ki, ABŞ və İsrail yenidən hücum etməsinlər” Əraqçi

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“İran ABŞ və İsraillə sona qədər müharibə aparmağa hazırdır və atəşkəs üçün cəhd göstərmir”.

525.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

“Düşünürəm ki, düşmən artıq yaxşı bir dərs alıb və başa düşüb ki, onlar tərəddüd etmədən özünü müdafiə etməyə, müharibəni sona qədər davam etdirməyə hazır olan bir xalqla qarşılaşıblar”, - XİN başçısı söyləyib.

Əraqçi deyib ki, ABŞ və İsraillə müharibə elə bir şəkildə başa çatmalıdır ki, onlar bir daha İrana qarşı təcavüzlərini təkrarlamasınlar.

“Biz deyirik ki, atəşkəs istəmirik, ona görə yox ki, müharibə istəyirik, səbəb budur ki, bu dəfə müharibə elə bitməlidir ki, düşmənlərimiz bir daha hücumu təkrarlamaq barədə düşünməsinlər", o vurğulayıb.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
27
525.az

1Sources