EN

Bayram günlərində məktəblərdə neçə gün dərs olmayacaq?

Bakı. Trend:

Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar məktəblərdə 11gün dərs olmayacaq.

Trend-inxəbərinə görə, Əmək Məcəlləsinin tələblərinə əsasən, bayramgünlərinin şənbə və bazar günlərinə təsadüf etməsi və üst-üstədüşməsi ilə əlaqədar əlavə istirahət günləri müəyyən edilib.

Belə ki, 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günləri kimiqeyri-iş günü hesab olunur. 21 və 22 mart tarixləri müvafiq olaraqşənbə və bazar gününə təsadüf etdiyindən 25 və 26 mart tarixləri dəqeyri-iş günü hesab olunacaq.

Ramazan bayramının 20 və 21 mart tarixlərində Novruz günləri iləüst-üstə düşməsi nəticəsində 27 və 30 mart tarixləri də qeyri-işgünü sayılacaq.
28 və 29 mart tarixləri də müvafiq olaraq həftənin şənbə və bazargününə təsadüf edəcək.

Beləliklə, bayramlardan sonra məktəblərdə ilk dərs günü martın31-də olacaq.

Qeyd edək ki, ümumilikdə isə şənbə və bazar günləri (1, 7, 14,15 mart), 8 Mart, Novruz və Ramazan bayramları nəzərə alınmaqla2026-cı ilin martında 17 qeyri-iş günü qeydə alınacaq.

Chosen
4
47
az.trend.az

10Sources