EN

ABŞ münaqişə zonasına daxil olmaqla rəqibin rejim və strukturlarını dağıdır, regional güc balansını öz lehinə dəyişir

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ, BMT bayrağı altında vuruşanlar istisna olmaqla, İkinci Dünya Müharibəsindən bəri bütün müharibələrdə uduzub. Bu barədə Avropa İttifaqının (Aİ) keçmiş xarici işlər naziri Cozep Borrell bildirib. Onun fikrincə, ABŞ-İsrailin İrana qarşı hərbi əməliyyatını dayandıra biləcək yeganə amillər ABŞ-dakı daxili problemlər, inflyasiya və dollar faiz dərəcəsinin artmasıdır. Borrell TVE televiziyasına verdiyi müsahibədə Vaşinqtonun İslam Respublikasında əməliyyat üçün dəqiq planının olmadığını da vurğulayıb. Cozep Borrell əlavə edib ki, hazırkı "Avropa kakofoniyası" qismən Avropa Komissiyasının səlahiyyətlərindən kənar açıqlamalar verməsi ilə bağlıdır.

Politoloq Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Cozep Borrell II Dünya Müharibəsindən bəri, dolayısıyla 80 ildir ABŞ-ın hərbi qələbə qazanmadığını iddia edir: “Cozep Borrell həm də qeyd etməli idi ki, ABŞ-ın hərbi müdaxilələri əsasən geosiyasi məqsədlərin reallaşdırılması üçün həyata keçirilir. Bu, bəzən münaqişələrin uzunmüddətli idarə olunan modellə tənzimlənməsi, bəzən qısamüddətli hərbi-strateji hədəflərin reallaşdırılması olur. Lakin ABŞ müharibələrdə uduzmur”.

Şəhla Cəlilzadə

Politoloq qeyd edib ki, ABŞ münaqişə zonasına daxil olmaqla orada rəqib rejim və strukturlarını dağıdır, regional güc balansını öz xeyrinə dəyişir, uzunmüddətli təsir imkanları əldə edir: “Bu, öz bərabərində həm də ABŞ-a iqtisadi fayda gətirir. Məsələn; Əfqanıstan müharibəsi 20 il davam edərək ABŞ-ın 2 trilyon dollardan çox maliyyə resurslarını tükətdiyi, sonda Talibanın yenidən hakimiyyətə geri qayıtdığı vurğulanaraq ABŞ-ın məğlubiyyəti kimi şərh edilir. Lakin bu müdaxilə ilə ABŞ Cənub-Şərqi və Mərkəzi Asiya regionlarında, Rusiya və Çinin təsir areallarında öz təsir gücünü formalaşdırdı, xüsusilə Mərkəzi Asiyaya təsirli müdaxilə imkanları Əfqanıstan üzərindən reallaşdırıldı. Qırğızıstan, Özbəkistan, Tacikistan ilə hərbi əməkdaşlıq, burada hərbi bazalar məhz bu çərçivədə quruldu və bugünkü C5+1 formatının yaradılması üçün ilkin təməl qoyuldu. Yaxud 12 illik İraq müdaxiləsi ilə Yaxın Şərqin 21-ci əsr dizaynı həyata keçirildi”.

Şəhla Cəlilzadə bildirib ki, hazırda Yaxın Şərqin dizaynının son mərhələsi İran əməliyyatı ilə həyata keçirilməkdədir.

Borrellin sözlərinə gəldikdə politoloq xatırladıb ki, Borrell vaxtilə Azərbaycanın ünvanına ittihamlarla çıxış edib üzr istəyən şəxsdir, onun ifadələri mütləq həqiqəti əks etdirmir.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
icma.az

1Sources