EN

“Hörmüz “alçaqcasına təcavüz aktı törədənlər” üçün bağlıdır” -Əraqçi

ABŞ İranın qeyd-şərtsiz təslim olmasını tələb edib və hərbi kampaniyanın başlamasından 15 gün sonra gəmilərinin Hörmüz boğazından keçməsinə kömək edəcək müttəfiqlər axtarır.

Redaktor.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi brifinq zamanı bildirib.

Diplomat qeyd edib ki, Hörmüz boğazı hələ də açıqdır, lakin bu, yalnız İranın düşmənləri və respublikaya qarşı “alçaqcasına təcavüz aktı törədənlər” üçün bağlıdır.

Aminə ŞAHSUVARQIZI

Chosen
32
1
redaktor.az

2Sources