
Türkiyəli məşhur müğənni Orhan Gencebay yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.
Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, Gencebayın Covid-19-a yoluxma şübhəsi ilə müşahidə altına alındığı bildirilib.
Sənətkar "Medicana Zincirlikuyu" Xəstəxanasına aparılıb. Məlumata görə, 81 yaşlı Gencebayın müalicəsi davam edir.
İlahə Qənbərli
Missiya.Az