EN

İftar menyusunda bu gün

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün Ramazan ayının 26-cı günüdür.

Axşam.az iftar menyusu təqdim edir:

Brokolli şorbası

Ərzaqlar:

1 ədəd orta boy brokolli

1 orta boy soğan

2,5 dolu yemək qaşığı un

1 stəkan süd

Yarım armudu stəkan duru yağ

1 litr su

1 stəkan ət suyu

1 çay qaşığı qarabibər, duz,

Hazırlanması:

Brokolliləri isti su ilə yaxşıca yuyun. Yağı qızdırıb soğanları qovurun, üzərinə brokollini əlavə edib bişirin. Üzərinə un töküb 3 dəqiqə qovurun. Ət suyunu töküb qarışdırın və qaynayanda süd və duz əlavə edin. Bişəndən sonra blenderdən keçirin. 

Toyuqlu burma

Ərzaqlar:

6-7 ədəd toyuq budur

2 ədəd lavaş

1,5 stəkan toyuq suyu

Sous üçün:

1 yemək qaşığı duru yağ

1 yemək qaşığı tomat pastası

1 çay qaşığı qarabibər

1 stəkan toyuq suyu

Qatıqlı sous:

1,5 stəkan qatıq

1-2 diş sarımsaq

Hazırlanması:

Toyuq budlarını yuyub, üzərinə su və duz töküb qaynadın. Lavaşı rulet şəklində burub, doğrayın. Sobaya qoyacağınız tavaya qoyun, 180 dərəcə isidilmiş sobada qızardın. Tavaya duru yağ, tomat pastasını töküb qarışdırın. Qaynayan toyuğun suyundan tökərək azca qaynadın. Sobadan aldığınız lavaşların üzərinə toyuq suyunu tökün. 10 dəqiqə daha sobada bişirin. Sobadan götürün azca soyuyandan sonra üzərinə sarımsaqlı qatığı tökün. Sonra tomat pastalı sousu əlavə edin. Sümükdən ayrılan və didiyiniz toyuq ətini də üzərinə qoyubsüfrəyə verin. 

Kök keksi

Tərkibi:

6 əd böyük ölçülü kök

10 əd xurma

3 x/q aqava siropu

2 x/q yulaf əzməsi

2 x/q kətan toxumu

1 ç/q qoz ləpəsi

1 x/q darçın

Üzəri üçün:

2 x/q rəndələnmiş kokos.

Hazırlanma qaydası:

Köklərin qabıqlarını təmizləyin, iri dilimlərə bölün. Xurmaların tumlarını çıxarıb kiçik parçalara ayırın. Qoz ləpələrini kiçik parçalara bölün. Daha sonra bütün məhsulları birləşdirin. Üzərinə yulaf əzməsi, aqave siropu və darçını da əlavə edin və bütün məhsulları yaxşıca qarışdırın. Hazırladığınız qarışımı istədiyiniz qəliblərə yerləşdirib 10 dəqiqə soyuducuda saxlayın.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
75
1
axsam.az

2Sources