EN

Almaniya XİN rəhbəri Rusiyaya qarşı sanksiyaları yumşaltmağın əleyhinədir

Neft və qazın qiymətlərinin qalxması Rusiyanın müharibə ehtiyatını doldurur.

Bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Avropa İttifaqı Xarici İşlər Şurasının iclasından əvvəl bildirib.

“Buna görə də Almaniya və Avropa İttifaqı Rusiyaya qarşı enerji sanksiyalarını qətiyyətlə dəstəkləyir və biz əlavə tədbirlərlə Rusiyanın gəlirlərini daha da azaltmaq istəyirik. İndi sanksiyaları yumşaltmaq tamamilə yanlış yoldur”, — Vadeful vurğulayıb.

Chosen
38
5
apa.az

6Sources