EN

Polşa XİN: NATO-da Hörmüz boğazına gəmi göndərilməsi hələ müzakirə edilməyib

Polşa XİN: NATO-da Hörmüz boğazına gəmi göndərilməsi hələ müzakirə edilməyib

ABŞ-ın müraciətinə əsasən Hörmüz boğazına hərbi gəmilərin göndərilməsi məsələsi hələlik NATO səviyyəsində müzakirə olunmayıb.

AFN.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski Brüsseldə keçirilən Aİ XİN rəhbərlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.

"Məndə olan məlumata görə, belə bir prosedur hələ işə salınmayıb", – deyə Sikorski jurnalistin müvafiq sualına cavab verib. Nazir əlavə edib ki, əgər belə bir müraciət daxil olarsa, NATO müttəfiqlərə dəstək imkanlarını nəzərdən keçirəcək.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı vasitəsilə neft idxal edən ölkələrin naviqasiya təhlükəsizliyini təmin etmək üçün bölgəyə hərbi gəmilər göndərməli olduğunu bəyan etmişdi.

Chosen
35
afn.az

1Sources