EN

Yüksək vəzifə verilən şəxs tanınmış yazıçının nəvəsidir -

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Aparatının yeni rəhbəri Cəmşid Əmirov məşhur nəslin nümayəndəsidir. 

“Yeni Sabah” xəbər verir ki, o, Azərbaycan ədəbiyyatında dedektiv janrın banisi Cəmşid Əmirovun nəvəsidir. 

Baba Cəmşid Cabbar oğlu Əmirov 1918-ci il fevral ayının 10-da Naxçıvan şəhərində anadan olub. O, məşhur detektiv romanı olan “Qara Volqa”nın, eyni zamanda “Sahil əməliyyatı”, “Brilyant məsələsi” və “Şəhər yatarkən” kimi məşhur əsərlərin müəllifidir. Yazıçı 1982-ci il dekabrın 29-da vəfat edib. 

MİDA Aparatının yeni rəhbəri Cəmşid Əmirovun (nəvə) atası Çingiz Əmirov da məşhur şəxsdir. Ədliyyə polkovniki Ç.Əmirov 1993-1996-cı illərdə ədliyyə nazirinin müavini - nazirliyin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (hazırkı Penitensiar xidmətin) rəisi olub. O, 1996-cı ildə xidmət zamanı 47 yaşında vəfat edib.

Nəvə Cəmşid Çingiz oğlu Əmirov isə 1987-ci ildə Bakı şəhərində anadan olub. O, bundan  “MİDA” MMC-nin direktor müavini vəzifəsində kimi çalışıb. 

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
74
2
yenisabah.az

3Sources