EN

İran İsrailə qarşı 55-ci hücum dalğasının təfərrüatlarınıAÇIQLADI

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı yeni raket zərbələri endirdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə SNN məlumat yayıb.

Bildirilib ki, hücumlar “Əsl Vəd 4” əməliyyatının 55-ci mərhələsi çərçivəsində həyata keçirilib və Tel-Əviv, Ben Qurion Beynəlxalq Hava Limanı, həmçinin "Rafael Advanced Defense Systems" və "Israel Aerospace Industries2 şirkətlərinin istehsal mərkəzləri hədəf alınıb.

SEPAH-ın bəyanatında qeyd olunub ki, zərbələr İsrailin mərkəzi bölgələrində yerləşən hərbi aerokosmik istehsal obyektlərinə və hava yanacağı təchizatı mərkəzlərinə qarşı yönəldilib.

Məlumata görə, hücum zamanı İran ordusu yüksək dəqiqlikli və super ağır hipersəs raketləri olan “Fəttah”, “Emad” və “Qədr” raketlərindən, eləcə də pilotsuz uçuş aparatlarından istifadə edib.

Aminə ŞAHSUVARQIZI

Chosen
25
1
redaktor.az

2Sources