EN

Müharibə bitir

“ABŞ-nin İrana qarşı hərbi fəaliyyətinin son zamanlar artması Amerikanın İslam Respublikasına qarşı kampaniyasının yaxınlaşan sonuna işarə edə bilər”.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Bloomberg” agentliyinin Avropa rəsmilərinə istinadən yazıb.

Eyni zamanda, agentliyin mənbələri ABŞ Prezidenti Donald Trampın ABŞ-nin İranın hərbi potensialını məhv etdiyinə dair son iddialarını şişirtmə hesab etdiklərini bildiriblər. 

Onlar hesab edirlər ki, Ağ Ev hərbi kampaniyanın bitməsi ilə bağlı qarşıdan gələn elan üçün zəmin yaratmaq məqsədilə bu cür ritorikadan istifadə edir.

Bir müddət əvvəl Amerika lideri "Truth Social"-da iddia etmişdi ki, ABŞ İranı hərbi, iqtisadi və digər hər cür cəhətdən tükədib və tamamilə məhv edib.

Chosen
47
cebheinfo.az

1Sources