EN

İran İsrailin strateji obyektlərini super ağır ballistik raketlərlə vurdu VİDEO

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran İsrailə növbəti hücum dalğası çərçivəsində Tel-Əvivə, Ben-Qurion hava limanına, "Israel Aerospace Industries" aerokosmik texnika şirkətinin istehsal müəssisələrinə super ağır ballistik və hipersəs raketlərdən zərbələr endirib.

Oxu.Az SNN telekanalına istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Bildirilib ki, SEPAH hücum zamanı "Fəttah", "İmad" və "Qədr" ağır ballistik raketlərindən, eləcə də PUA-lardan istifadə edib.

14:48

İran İsrail və ABŞ-nin hücumlarına cavab olaraq, əməliyyatların 55-ci dalğasına başladığını bəyan edib.

Oxu.Az xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb.

Daha əvvəl İrandan raketlərin atılması ilə əlaqədar İsrailin mərkəzində yenidən hava hücumu həyəcanı elan edilmişdi.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
37
oxu.az

1Sources