EN

Bayramda kreditə gecikmə yazılırmı? - AÇIQLANDI

Qarşıdan uzun müddətli bayram tətili gəlir. Banklar 11 gün fəaliyyət göstərməyəcək.Belə çoxsaylı bayram günlərində kredit borcunun ödənilməsi ilə bağlı mübahisələr üzə çıxır.

Krediti qeyri-iş günlərində ödəmək olarmı?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Samir Qasımov bildirib ki vətəndaş öz kreditlərini tətil günləri başlamamışdan əvvəl ödəmək kimi bir öhtəliyi yoxdur. Kimin ödəniş qrafikində hansı tarix göstərilibsə, həmin tarixdə ödəniş həyata keçirilməlidir. 

əgər banklar həmin günlər işləmirsə, vətəndaşın etdiyi ödəniş sistemdə necə əks olunur? 

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, vətəndaş hansı gündə ödəniş edibsə, bankın sistemində görünür:

"Məsələn kimsə 22 martda ödəniş edibsə, həmin ödənişi həmin gün yox tətil qutarandan sonra 31 martda və daha sonra həyata keçirirsə, bu zaman gecikmə günləri hesablanacaq və cərimə də vurula bilər. Amma 22-si ödəyib bank sistemi tərəfindən 31-i yenilənibsə,  bu artıq bankın problemidir". 

Aysel
Milli.Az 

Chosen
24
4
milli.az

10Sources