EN

Onlayn kazino oyunları təşkil edən 4 nəfər tutuldu

Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) sosial şəbəkələrdə qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat-texniki tədbirləri davam etdirir.

Bu barədə Hafta.az-a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Kiberpolisin keçirdiyi növbəti əməliyyat zamanı qeyd olunan cinayət əməllərində təqsirli bilinən daha 4 nəfər - Polad Abdullayev, Sənan Hacızadə, Toğrul Kazımov və sonuncu ilə əlbir olaraq fəaliyyət göstərən Cəfər Bəyəliyev saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər xaricdən idarə olunan qanunsuz qumar saytları ilə cinayət əlaqəsinə girərək ölkə ərazisində virtual kassalar yaradıblar. Daha sonra sosial şəbəkələrdə açdıqları “Milan”, “Sevinc”, “Rahat” və “Texas 777” adlı səhifələr vasitəsilə istifadəçilərlə əlaqə saxlayaraq onları qanunsuz onlayn kazino oyunlarına cəlb ediblər.

Saxlanılan şəxslərin yaşadıqları ünvanlara baxış zamanı elektron sübutlar, qanunsuz kazino oyunlarında istifadə olunan bank kartları və mobil nömrələr aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanıb. P.Abdullayev, S.Hacızadə, T.Kazımov və C.Bəyəliyev cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Chosen
53
28
hafta.az

10Sources