EN

Bakıda iki nəfəri qətlə yetirən dəstə üzvlərinin məhkəmə istintaqı yekunlaşdı

Bakıda iki nəfərin qətlində təqsirləndirilən şəxslər Nurani Məmmədov, Ramin Quliyev, Yunis Rəhimov, Tural Məmmədov və Sərxan Şahbazovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

"Unikal"ın verdiyi məlumata görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Çıxış üçün söz dövlət ittihamçısı Orxan Mehdiyevə verilsə də, o məhkəmədən çıxış üçün vaxt istəyib. 

Məhkəmənin növbəti iclası aprelin 6-na təyin edilib.

Qeyd edək ki, hadisə 2022-ci ilin fevralında Nərimanov rayonu ərazisində qeydə alınıb. Hadisə zamanı Şahin Bayramov və Fərid Əlirzayevin aldıqları bıçaq xəsarətlərindən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Nərimanov rayonu, Təbriz küçəsində bir qrup şəxs – bir tərəfdən Şahin Bayramov və Fərid Əlirzayev, qarşı tərəfdən isə Nurani Məmmədov və digər şəxslər arasında kəsici-deşici alətlərdən istifadə edilməklə yaranmış münaqişə zəminində qərəzli xuliqanlıq hərəkətləri nəticəsində aldıqları xəsarətlərdən Şahin Bayramov və Fərid Əlirzayevin ölmələri müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanılıb.

Orxan Rasifoğlu

Chosen
30
1
unikal.az

4Sources