EN

WUF13 Radiospektrin idarə edilməsi portalı istifadəyə verildi

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı radiospektrin idarə olunmasını təmin etmək məqsədilə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə əməkdaşlığı çərçivəsində xüsusi portal istifadəyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, mayın 17 – 22-də Bakıda keçiriləcək beynəlxalq tədbir zamanı istifadə olunacaq radioelektron avadanlıqların və tezliklərin koordinasiyası bu portal vasitəsilə həyata keçiriləcək.

Portal vasitəsilə tədbirdə istifadə ediləcək müxtəlif tezliklərdə çalışan bütün radioavadanlıqlar qeydiyyatdan keçiriləcək, müvafiq tezlik resursları ayrılacaq və avadanlıqlar etiketlənəcək. WUF13 tədbirində iştirak edəcək qonaqlar və media nümayəndələri istifadə edəcəkləri radioavadanlıqların qeydiyyatı üçün https://wuf13-e-permission.icta.az/ portalına daxil olaraq müraciət etməlidirlər.

Qeyd edək ki, oxşar yanaşma daha əvvəl Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı da tətbiq olunub. Həmin tədbir çərçivəsində 280 təşkilatın istifadə etdiyi 4023 radioelektron avadanlıq portal vasitəsilə qeydiyyatdan keçirilərək etiketlənib və radiospektrin səmərəli idarə olunması təmin edilib.

Chosen
1
14
bakivaxti.az

10Sources