EN

Azyaşlını oğurlayanlara AĞIR CƏZA

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə adam oğurluğunda təqsirləndirilən şəxslərin - Ağa Tarverdiyev, Nurlan Zeynalov, Ruslan Məmmədov, Fazil Hacıyevin cinayət işi üzrə keçirilən məhkəmə iclasında hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi Ağa Tarverdiyevin 11 il,  Nurlan Zeynalovun 11 il, 6 ay,  Fazil Hacıyevin 5 il, 6 ay, Ruslan Məmmədovun 11 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini elan edib.

Qeyd edək ki, dövlət ittihamçısı Ağa Tarverdiyevin 12 il, 6 ay, Nurlan Zeynalovun 13  il, Fazil Hacıyevin 12 il, Ruslan Məmmədovun 12 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, iş materiallarına əsasən, Ağa Tarverdiyev digər müttəhimlərlə əlbir olaraq yetkinlik yaşına çatmayan şəxsi oğurlayıb, qanunsuz girov saxlamaqla, azad edilməsi müqabilində yaxınlarından pul tələb ediblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama) maddəlləri ilə ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
42
7
lent.az

10Sources