EN

Bayram günlərində məktəblərdə neçə gün dərs olmayacaq?

Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar məktəblərdə 11 gün dərs olmayacaq.

Bizim.Media xəbər verir ki, Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin şənbə və bazar günlərinə təsadüf etməsi və üst-üstə düşməsi ilə əlaqədar əlavə istirahət günləri müəyyən edilib.

Belə ki, 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günləri kimi qeyri-iş günü hesab olunur. 21 və 22 mart tarixləri müvafiq olaraq şənbə və bazar gününə təsadüf etdiyindən 25 və 26 mart tarixləri də qeyri-iş günü hesab olunacaq.

Ramazan bayramının 20 və 21 mart tarixlərində Novruz günləri ilə üst-üstə düşməsi nəticəsində 27 və 30 mart tarixləri də qeyri-iş günü sayılacaq.
 

28 və 29 mart tarixləri də müvafiq olaraq həftənin şənbə və bazar gününə təsadüf edəcək. Beləliklə, bayramlardan sonra beşgünlük dərs qrafiki ilə işləyən məktəblərdə ilk dərs günü martın 31-də olacaq.


Qeyd edək ki, ümumilikdə isə şənbə və bazar günləri (1, 7, 14, 15 mart), 8 Mart, Novruz və Ramazan bayramları nəzərə alınmaqla 2026-cı ilin martında 17 qeyri-iş günü qeydə alınacaq.

Bizim.Media

Chosen
16
47
bizim.media

10Sources