EN

Stefan Kornelius: “NATO bir müdafiə ittifaqıdır”

"Bu, NATO-nun müharibəsi deyil".

"Cebheinfo.az" xəbər verir ki, bunu Almaniya hökumətinin sözçüsü Stefan Kornelius Berlində keçirilən mətbuat konfransında deyib.

"Bu, NATO-nun müharibəsi deyil. NATO bir müdafiə ittifaqıdır. Alman hökuməti də ittifaqın səlahiyyət dairəsini və bu müharibədə iştirak məsələsi ilə bağlı öz mövqeyini dəqiq şəkildə qiymətləndirməlidir", - deyə o bildirib.

Kornelius müharibə əməliyyatlarının genişləndirilməsinin Yaxın Şərq və Körfəz bölgəsindəki digər tərəfdaşlar üçün böyük risklər yaradacağını sözlərinə əlavə edib. Almaniya hökuməti ABŞ-nin İrana qarşı hücumlarında iştirak etməyəcəyini dəfələrlə bəyan etmişdi.

Chosen
28
1
cebheinfo.az

2Sources