EN

Çelsi klubuna ağır cəza

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İngiltərə Premyer Liqası "Çelsi"yə qarşı qayda pozuntuları ilə bağlı iki intizam prosesini yekunlaşdırıb.

Milli.Az xəbər verir ki, Roman Abramoviçin dövründə (2011-2018) maliyyə hesabatlılığı, üçüncü tərəf investisiyaları və gənclərin inkişafı ilə bağlı qaydaların pozulması səbəbindən klub 10,75 milyon funt-sterlinq məbləğində cərimələnib.

Qayda pozuntuları çərçivəsində "Çelsi"yə 9 aylıq akademiya transfer qadağası və şərti olaraq 1 illik əsas heyət transfer qadağası (iki il müddətinə dayandırılıb) tətbiq olunub. 

Qeyd edək ki, sözügedən dövrdə klubun liqaya bəyan edilməyən üçüncü tərəf ödənişləri həyata keçirdiyi və bunun "Çelsi"nin xeyrinə olduğu müəyyən edilib. 

Klub məsələni könüllü olaraq özü bəyan edib. (Offsideplus.az)

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
46
5
news.milli.az

10Sources