EN

“Azərbaycanlı futbolçuların adlarını tələffüz etməkdə çətinlik çəkirəm” Ruy Jorjenin ə AÇIQLAMASI VİDEO

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Azərbaycanlı futbolçularla tanışam, amma adlarını tələffüz etməkdə bir qədər çətinlik çəkirəm”.

Bu sözləri Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinin yeni baş məşqçisi təyin edilən Ruy Jorje təqdimat mərasimində İdman.Biz-ə verdiyi açıqlamada deyib.

Portuqaliyalı mütəxəssis qeyd edib ki, doğum tarixi 2007-ci ilə qədər olan azərbaycanlı futbolçularının əksəriyyətini tanıyır, onların hansı klublarda oynadığından xəbərdardır.

“Çempionat oyunlarını baxıb, bir çox oyunçunu dəyərləndirmişik. Eyni zamanda, klublarla təmas quraraq alt yaş qruplarında top qovan futbolçuların məlumatlarını istəmişik. Lakin, hələlik, həmin futbolçular haqqında dərindən məlumat verə bilmərik” – deyə Ruy Jorje bildirib.

Leyla Eminova

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
24
1
icma.az

2Sources