ain.az bildirir, Demokrat.az portalına istinadən.
Braziliyada yetişən və qəribə görünüşü ilə seçilən jabotikaba giləmeyvəsi insan orqanizmi üçün gözlənilməz faydalar vəd edir. Kornell Universitetinin alimləri bu məhsulun bağırsaq sağlamlığından tutmuş beyin funksiyalarına qədər geniş bir sahədə müsbət təsir göstərdiyini müəyyən ediblər.Demokrat.az-ın məlumatına görə araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub.Tədqiqatçılar laboratoriya şəraitində bağırsaq iltihabını modelləşdirərək giləmeyvənin bütöv halının, qabığının və ondan alınan xüsusi ekstraktın təsirini yoxlayıblar. Məlum olub ki, jabotikabanın bütün formaları bağırsaq divarının strukturunu yaxşılaşdırır və selikli qişanın müdafiəsini gücləndirir. Bu giləmeyvəni qəbul edən canlılarda bağırsaq baryerinin möhkəmliyini qoruyan zülalların səviyyəsi yüksək qalıb və selik ifraz edən hüceyrələrin sayı artıb.Giləmeyvənin faydası təkcə bağırsaqla məhdudlaşmayıb. Eksperiment zamanı qaraciyərdə müşahidə edilən piy toxuması və iltihab əlamətlərinin jabotikaba qəbulundan sonra əhəmiyyətli dərəcədə azaldığı üzə çıxıb. Xüsusilə meyvə qabığından alınan mikrokapsullaşdırılmış ekstrakt qaraciyər hüceyrələrinin vəziyyətini yaxşılaşdıraraq oksidləşdirici stressin təsirini neytrallaşdırıb.Tədqiqatın ən maraqlı məqamlarından biri beyinə olan təsirlə bağlıdır. İltihab fonunda beyində neyronların qorunması və plastikliyi üçün vacib olan BDNF geninin aktivliyi adətən zəifləyir. Jabotikaba qəbulu isə bu genin səviyyəsini bərpa etməklə yanaşı, dopaminlə əlaqəli prosesləri aktivləşdirib və beyindəki iltihab markerlərini azaldıb.Alimlər hazırkı mərhələdə nəticələrin ilkin xarakter daşıdığını və daha geniş klinik tədqiqatlara ehtiyac olduğunu bildirirlər. Bununla belə, polifenollarla zəngin olan bu giləmeyvənin gələcəkdə qaraciyər, beyin və həzm sistemi üçün effektiv qida əlavəsi kimi istifadə edilə biləcəyi proqnozlaşdırılır.İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.