EN

Möhsün Rezayi İranın yeni ali rəhbərinin hərbi MÜŞAVİRİ OLDU

SEPAH-ın sabiq rəhbəri İranın yeni ali liderinə hərbi müşavir təyin edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sabiq rəhbəri, general Möhsün Rezayi İranın yeni ali dini lideri Müctəba Xameneinin hərbi müşaviri təyin edilib.

Əlavə olaraq qeyd edək ki, Möhsün Rzayi uzun illər ərzində İranın hərbi və siyasi sistemində mühüm vəzifələr tutmuş, xüsusilə hərbi qərarların qəbulunda yaxından iştirak edib.

Onun yeni ali liderin ətrafında belə yüksək posta təyin olunması, ölkənin gələcək hərbi və təhlükəsizlik strategiyasında SEPAH-ın nüfuzunun hələ də qorunub saxlanılacağından xəbər verir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
49
5
interpress.az

8Sources