EN

Qadınlar niyə yaz gələndə kökəlir?

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Baharın gəlişi ilə bir çox qadın çəki artımı, ödem, əhval-ruhiyyənin qəfil dəyişməsi və menstrual tsiklin pozulması kimi problemlərlə üz-üzə qalır. Həkim-ginekoloq və endokrinoloq Liliya Afanasyeva bildirir ki, orqanizmin bu dövrdə yaşadığı çətinliklər təsadüfi deyil. Qış mövsümündən yorğun çıxan orqanizm ciddi vitamin və mineral çatışmazlığı ilə mübarizə aparır.Demokrat.az-ın məlumatına görə hormonal sistemin normal fəaliyyəti üçün zəruri olan estrogen və progesteronun sintezi birbaşa qidalanmadan asılıdır. Ginekoloq xəbərdarlıq edir ki, yay fəslinə hazırlıq adı altında sərt pəhrizlərə baş vuran qadınlar yağlı və zülallı qidalardan imtina etməklə hormonların istehsalını birbaşa zəiflədir. Bu isə özünü PMS dövründə kəskin əsəbilik, baş ağrıları və iştaha nəzarətsizlik kimi əlamətlərlə büruzə verir.Mart ayı orqanizmin "tənzimlənməsi" üçün ən doğru vaxt hesab olunur. Həkimlər qadınlara məhz bu ay müvafiq yoxlanışlardan keçməyi tövsiyə edir. "Bahar çək-apı" proqramına ferritin, zərdab dəmiri, Vitamin D, Omeqa-3 indeksi, habelə selen, mis və sink kimi vacib elementlərin yoxlanılması daxil edilməlidir.Hormonal tarazlığı qorumaq üçün rasiondan karbohidratları azaltmaq, əvəzində zülal və sağlam yağlara üstünlük vermək lazımdır. Yuxu rejiminin tənzimlənməsi və aktiv fiziki hərəkət də hormonların sirkad ritminin bərpasına müsbət təsir göstərir. Unutmayın ki, menstrual tsikldəki hər hansı ciddi kənarlaşma mütləq şəkildə həkim konsultasiyası tələb edir.Aytən

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
demokrat.az

1Sources